...

2009-cu ildə Məşğulluq Xidməti Azərbaycanda təxminən 30 min nəfəri işlə təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2010 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinə 46 467 nəfərin təklifi daxil olub, bunlardan 28 382 nəfəri işlə təmin olunub, 1508 nəfər isə muzdlu ictimai işlərə göndərilib. Bu barədə çərşənbə axşamı Məşğulluq Xidmətinin rəhbəri Anar Bədəlbəyli bildirib.

"Ötən il 4827 nəfər peşəkar hazırlıq kurslarına cəlb edilib. Bu göstərici 2008-ci ildəki göstəricidən 42,3 faiz çoxdur", - Bədəlbəyli deyib.

Keçən il Azərbaycanda (56 şəhər və rayonda), həmçinin Naxçıvan MR-də Əmək Nazirliyi tərəfindən əmək yarmarkaları təşkil olunub. Əmək yarmarkaları tərəfindən 3022 müəssisəyə vakant yerlər təklif edilib. Bütün bu yarmarkalar dövründə ölkə regionlarında 24190 vakant iş yeri təklif edilib ki, bunun nəticəsində də 8132 nəfər işlə təmin olunub. 866 nəfər peşəkar hazırlıq kurslarına göndərilib. 149 nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Bakı və Gəncə şəhərlərində, həmçinin Abşeron rayonunda "Karyeraya ilk addım" devizi altında bütün tələbə və məzunlara dəstək məqsədi ilə məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 470 müəssisə tərəfindən 2351 vakant yer təklif olunub ki, nəticədə 431 nəfər işlə təmin olunub.

Ötən il Bakı, Gəncə, Sumqayıt və Mingəçevirdə əmək birjası vastəsilə 3938 işsiz - onlardan 2182 qadın, 1875 gənc, 186 qaçqın və məcburi köçkün, 32 əlil müvəqqəti iş yerləri ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti