...

Azərbaycanda daşınmaz əmlakın qiymətləri 15 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2010 18:06 (UTC +04:00)
2009-cu ildə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər 2008-ci ilə nisbətən 15,2 faiz azalıb. İlkin bazar 17,5%, təkrar bazar isə 14,2% azalıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimayi Birliyi məlumat verib.

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ildə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər 2008-ci ilə nisbətən 15,2 faiz azalıb. İlkin bazar 17,5%, təkrar bazar isə 14,2% azalıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimayi Birliyi məlumat verib. Ekspertlər qiymətlərin düşməsini əhalinin alıcılıq qabiliyyətinin azalması ilə izah edirlər.

Təşkilatın məlumatına əsasən, 2009-cu ildə Azərbaycanın torpaq bazarında qiymətlər 2008-ci ilə nisbətən 14,5% azalıb. Qeyri-yaşayış obyektlərinin qiymətləri 10,8%, icarə bazarı isə 11,5% ucuzlaşıb.

Məlumata görə, 2009-cu ildə tikinti materialları da 21,1% ucuzlaşıb.

Azərbaycan Dövlət Statistika Komitəsi keçən il bu sektorda qiymətlərin azaldığını bildirib. İdarənin məlumatına görə, 2009-cu ildə ölkədə inşaat işləri 2008-ci ilə nisətən 12% azalaraq 3,16 milyard manata çatıb (3,95 milyard dollar). Dövlət Komitəsi həm özəl, həm də dövlət sektorlarında tikinti işlərinin azaldığını elan edib.

Xəbər lenti

Xəbər lenti