Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir N.İsmayılova/
Milli valyutada depozitlər üzrə orta faiz dərəcəsi 2010-cu ilin 1 yanvar tarixinə 11,72 % təşkil edib. 2009-cu il dekabrın 1-nə bu göstərici 1,66%, yanvarın 1-nə isə 11,61% təşkil edib. Azərbaycan Mərkəzi Bankından yayılan məlumatda deyilir.
Xarici valyutada depozitlər üzrə orta faiz dərəcəsi 10,71% təşkil edib. Bu göstərici 2009-cu il dekabrın 1-nə 10,8%, yanvarın 1-nə isə 7,96% təşkil edib.
Yerli valyutada fiziki şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi yanvarın 1-nə 12,98 %, dekabrın 1-nə 12,98%, yanvarın əvvəlinə isə 12,54% təşkil edib. Xarici valyutada fərdi müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 12,28%, 12,41% və 12,43% təşkil edib.
Yerli valyutada hüquqi şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi yanvarın 1-nə 6,65 %, 2009-cu il dekabrın 1-nə 6,75%, yanvarın 1-nə isə 9,48% təşkil edib. Xarici valyutada korporativ müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 5,98%, 5,86% və 5,4% təşkil edib.