...

Azərbaycanın Nəqliyyat Nazirliyi rəqəmsal taxoqrafların tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 15:17 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi və Polşanın qiymətli kağızlar istehsal edən fabrikinin mütəxəssisləri Azərbaycanda rəqəmsal avtomobil taxoqraflarının tətbiq edilməsi məsələsini müzakirə edib. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Azərbaycan, Bakı, 03 fevral / Trend /

Azərbaycanın Nəqliyyat Nazirliyi və Polşanın qiymətli kağızlar istehsal edən fabrikinin mütəxəssisləri Azərbaycanda rəqəmsal avtomobil taxoqraflarının tətbiq edilməsi məsələsini müzakirə edib. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Taxoqraflar nəqliyyat vasitəsinin hərəkət və yolu keçmə sürətini qeydə almaq, həmçinin əmək və istirahət rejiminin, sürücülərin məşğulluğunun digər rejimlərini qeydə almaq üçün vasitədir.

Müzakirələr çərçivəsində tərəflər sertifikatlaşmış kartların istehsal şərtləri və digər məsələlər barəsində fikir mübadiləsi aparıb.

Məlumatda deyildiyi kimi, müzakirələr, Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal taxoqrafların tətbiqinə dair Tədbirlər Planı"nın icrasının təmin olunması məqsədilə təşkil edilib.

Hazırda Azərbaycanda Bakı şəhərində nəqliyyatın idarə edilməsinin intellektual sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu layihə çərçivəsində işlərin 2011-ci ilin fevralında başa çatdırılması planlaşdırılır. Bu barədə əvvəl Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. İlkin qiymətləndirməyə görə, bu layihənin həyata keçirilməsi üçün təxminən 64 milyon manat lazımdır.

Ötən ilin payızında Nəqliyyat Nazirliyi Bakıda intellektual idarə mərkəzinin inşasına dair işlərə başlayıb. Dispetçerləşdirmə mərkəzi SK C&C və Nəqliyyat Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən inşa ediləcək. Birinci mərhələdə mərkəz Bakını, perspektivdə isə Abşeron yarımadasını əhatə edəcək.

Bakıda şəhərin intellektual sisteminin yaradılması çərçivəsində təxminən 450 yeni tipli avtobus dayanacağı quraşdırılması planlaşdırılır. Bu dayanacaqlarda elektron tablolar quraşdırılacaq və bu tablolar avtobusların hərəkət və marşrutlarını müşahidə etməyə imkan verəcək. Həmçinin dayanacaqlarda quraşdırılacaq tablo və kameraların köməyi ilə dayanacaqların yerləşmə effektivliyinin, onun zəruriliyi və əhali tərəfindən istifadəsinin monitorinqi aparılacaq. İntellektual sistem təxminən 150 yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti