Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir Ü.İsmayılova/
Oman hökuməti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Oman Sultanlığının xarici işlər naziri Yusif bin Ələvi bin Abdullah Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşdə bildirib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.
"Bununla əlaqədar iki ölkə arasında hüquqi bazanın genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin nizamlanmasına dair sənədlərin tezliklə ratifikasiya olunması xüsusi qeyd edilib", - nazir bildirib.
Omanlı nazir, həmçinin ölkələr arasında hava nəqliyyatının yaradılmasının vacibliyini qeyd edib.
Azərbaycanın Baş naziri də öz növbəsində qeyd edib ki, Azərbaycanda və Omanda səfirliklərin açılması barədə qəbul edilən qərar iki ölkə arasında əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.