...

ADA Group kapitalını iki qat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2010 15:36 (UTC +04:00)
İki-dörd fevral tarixlərində "Almalı" mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun Mərkəzi Ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin –Akbar Husain, Beata Tuszynska, Brendan Michael, Yazqan Müsənnif və Emre Saracoğlunun, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilib. Bu barədə ADA Group-un məlumatında deyilir.
ADA Group kapitalını iki qat artırır

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir N.İsmayılova/

İki-dörd fevral tarixlərində "Almalı" mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun Mərkəzi Ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin -Akbar Husain, Beata Tuszynska, Brendan Michael, Yazqan Müsənnif və Emre Saracoğlunun, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilib. Bu barədə ADA Group-un məlumatında deyilir.

İclasında ötən ilin yekunları, dörd illik inkişaf proqramı, BMK ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar "Almalı" mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunub.

Direktorlar Şurası Qrupun kapitalının iki dəfə artırılması və maliyyə institutlarından ucuz maliyyə vəsaitlərinin cəlb olunması barədə qərar qəbul edib.

ADA Şirkətlər Qrupu 2005-ci ildə yaranıb. Qrupun əsas səhmdarlarından biri Dünya Bankının bir bölməsi olan Beynəlxalq Maliyyə Korporasiyasıdır(İFC).

Xəbər lenti

Xəbər lenti