...

Azərbaycan və Gürcüstan gömrük cinayətləri ilə mübarizə haqqında müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2010 13:00 (UTC +04:00)
Gürcüstan və Azərbaycan 2010-2011-ci illərdə gömrük cinayətləri ilə birgə mübarizə haqqında müqavilə imzalayıb. Sənədi Tbilisidə Gürcüstan maliyyə nazirinin müavini İrakli Siradze və Azərbaycan Dövlət Gömrük Komitəsinin müavini Əsgər Abdullayev imzalayıb.
Azərbaycan və Gürcüstan gömrük cinayətləri  ilə mübarizə haqqında müqavilə imzalayıblar

Gürcüstan, Tbilisi, 10 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan və Azərbaycan 2010-2011-ci illərdə gömrük cinayətləri ilə birgə mübarizə haqqında müqavilə imzalayıb. Sənədi Tbilisidə Gürcüstan maliyyə nazirinin müavini İrakli Siradze və Azərbaycan Dövlət Gömrük Komitəsinin müavini Əsgər Abdullayev imzalayıb.

İmzalanmış sənədin məqsədi gömrük sahəsində qanun pozuntuları haqqında informasiya mübadiləsi, gömrük qanun pozuntularının qarşısının alınması üzrə birgə effektiv fəaliyyətin həyata keçirilməsidir.

Tərəflər qeyd ediblər ki, belə sənədin mövcudluğu Gürcüstan-Azərbaycan sərhəddində inzibatçılığı yaxşılaşdıracaq, idxal və ixrac işlərini sadələşdirəcək.

Siradzenin qeyd etdiyi kimi, Gürcüstanın qonşu dövlətlərdən biri- Azərbaycan ilə bu kimi oxşar planı rəsmiləşdirməsi ilk haldır.

"Biz əminik ki, razılaşdırılmış birgə fəaliyyət sərhəddəki vəziyyəti yaxşılaşdıracaq və sahibkarların işini yüngülləşdirəcək",- Siradze bildirib.

Abdullayev bildirib ki, birgə fəaliyyət gömrükdə baş verən çoxlu problemlərin həllinə imkan verəcək.

"Bu sahədə biz əsas diqqəti narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizəyə yönəldirik, belə ki, ötən il biz Avropaya nəql olunmalı olan 320 kiloqram narkotik vasitələrin Azərbaycandan Gürcüstana aparılmasının qarşısını ala bilmişik", - Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti