...

Tbilisi hava limanı normal iş fəaliyyətini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 14:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/

Tbilisi hava limanı 8 saatlıq fasilədən sonra normal iş fəaliyyətini bərpa edib. Hava limanı administrasiyasından Trend -a verilən məlumata əsasən, hazırda Tbilisi-Paris reysinə qeydiyyat artıq elan edilib və bir saatdan sonra sərnişinlər təyyarədə öz yerlərinin tutacaq.

Bu gün səhər saat 4-də ( Tbilisi vaxtı ilə) Qazaxıstanın "DTP Airlines" hava şirkətinə məxsus təyyarə enmə zolağından çıxıb və hərəkəti dayandırıb. Qazaxstana məxsus təyyarə Tbilisi hava limanına yanacaq doldurmaq üçün enibmiş.

Hazırda təyyarənin yükləri boşaldılır, bundan sonra isə o təyyarələr üçün nəzərdə tutulmuş meydana aparılacaq. Prosedur bu gün başa çatmalıdır.

Tbilisi hava limanı qəbul edə bilmədiyi üçün Minskdən uçan təyyarə Yerevana məcburi eniş edib.

Xəbər lenti

Xəbər lenti