...

Sığorta şirkətinin səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2010 19:30 (UTC +04:00)
Bakı Fond Birjasına "BE&G Sighorta" ASC-nin adi adlı sənədsiz səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə daxil olması barədə müraciət daxil olub.
Sığorta şirkətinin səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 17 fevral / Trend /

Bakı Fond Birjasına "BE&G Sighorta" ASC-nin adi adlı sənədsiz səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə daxil olması barədə müraciət daxil olub. Bakı Fond Birjasından çərşənbə günü yayılan məlumatda belə deyilir.

Martın 3-dən "BE&G Sighorta" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanıb. Sığorta şirkətinin səhmlərinin emissiya prospekti 1 milyon manat həcmində qeydə alınıb. Bu prospekt çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 5000 ədəd səhm buraxılıb.

Səhmlərin yerləşdirilməsi anderrayteri "Chelsea Capital" MMC-dir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına sahib olan təşkilata müraciət edə bilərlər.

Fevralın 17-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti