...

BVF Azərbaycan Mərkəzi Bankının antiböhran siyasəti ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 17:18 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes AMB-nin antiböhran fəaliyyətini müzakirə ediblər.
BVF Azərbaycan Mərkəzi Bankının antiböhran siyasəti ilə tanış olub

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes AMB-nin antiböhran fəaliyyətini müzakirə ediblər. Bu barədə AMB-nin bazar ertəsi yaydığı məlumatda bildirilir.

Görüş zamanı böhran şəraitində Azərbaycanın makroiqtisadi siyasətinin əsas istiqamətləri, həmçinin pul və maliyyə sabitliyi strategiyası müzakirə edilib, AMB-nin həyata keçirdiyi məzənnə siyasəti yüksək qiymətləndirilib.

BVF missiyasının rəhbəri qeyd edib ki, 2009-cu ildə Azərbaycan dünyada ən yüksək iqtisadi artıma malik ölkə olub. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin saxlanması məqsədi ilə AMB-nin həyata keçirdiyi tədbirlərin yüksək çevikliyini vurğulayıb.

Görüş zamanı AMB sədri maliyyə sabitliyinin gücləndirilməsi üzrə makroprudensial və nəzarət tədbirləri, iqtisadiyyata likvidliyin verilməsi məqsədi ilə pul siyasətinin korreksiyası və Mərkəzi Bankın məzənnə siyasəti haqqında məlumat verib.

BVF missiyası Azərbaycan hökuməti ilə "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsinə dair məsləhətləşmələrin aparılması məqsədi ilə fevralın 18-dən martın 3-dək Bakıda səfərdədir.

Xəbər lenti

Xəbər lenti