...

"Gürcüstan Dəmir Yolları"nın nümayəndə heyəti Parisdə modernləşdirmə məsələlərini müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2010 16:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N.Kirsxaliya/

"Gürcüstan Dəmir Yolları"nın nümayəndə heyəti modernləşdirmə məsələlərinin müzakirə edildiyi Paris şəhərində olub. "Gürcüstan Dəmir Yolları" MMC-nin Trend -a verdiyi məlumata görə, Fransanın Milli Dəmiryol şirkətinin törəmə müəssisəsi olan "Sistra"-nın menecmenti Gürcüstan tərəfinə modernləşdirmə üzrə ilkin layihəni təqdim edib.

"Sistra" Gürcüstan hökuməti tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi elan edilib və artıq iki aydır layihə üzərində işləyir.

"Sistra" ekspertlərinin fikrincə, məsafənin və zamanın qısaldılması Gürcüstanın relyef şəraitində mümkündür.

Modernləşdirmənin son konsepsiyası apreldə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti