...

Bakıda İtaliya Evi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 13:20 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan-İtaliya Ticarət Palatası gələcək əməkdaşlıq perspektivlərinə dair razılığa gəliblər. Bu barədə konfederasiyanın cümə axşamı yaydığı məlumatda bildirilir.
Bakıda İtaliya Evi açılacaq

Azərbaycan, Bakı, 25 fevral / Trend , Ü.İsmayılova/

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan-İtaliya Ticarət Palatası gələcək əməkdaşlıq perspektivlərinə dair razılığa gəliblər. Bu barədə konfederasiyanın cümə axşamı yaydığı məlumatda bildirilir.

Qurumlar arasında razılıq çərşənbə günü konfederasiyanın prezidenti Məmməd Musayevlə palatanın rəhbəri Marqarita Kosta arasında görüş zamanı əldə olunub.

Kosta görüş zamanı qeyd edib ki, palata əsasən qeyri-neft və aqrar sahələrdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin turizm potensialından qarşılıqlı istifadə olunması, birgə müəssisələrin yaradılması, birgə seminar və forumların keçirilməsi, eləcə də Bakıda İtaliya Evinin yaradılması üzrə tədbirlər həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti