...

A-Group sığorta şirkəti öz müştəriləri arasında hədiyyə aksiyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 17:47 (UTC +04:00)
Azərbaycanın A-Group sığorta şirkəti özünün 15 illiyi çərçivəsində hədiyyə sertifikatları sistemi ilə müştəriləri, tərəfdaşları və şirkətin dostlarını sevindirməyi qərara alıb.
A-Group sığorta şirkəti öz müştəriləri arasında hədiyyə aksiyası keçirir

Azərbaycan, Bakı, 02 mart / Trend /

Azərbaycanın A-Group sığorta şirkəti özünün 15 illiyi çərçivəsində hədiyyə sertifikatları sistemi ilə müştəriləri, tərəfdaşları və şirkətin dostlarını sevindirməyi qərara alıb. Bu barədə sığorta şirkətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Bu sertifikat real ödəniş vasitəsidir və sahibinə A-Group-un xidmətindən onun nominalına ekvivalent məbləğdə istifadə hüququ verir. Sertifikat sahibi onunla avtosığorta, tibbi sığorta, əmlak sığortası və sığortanın istənilən digər növü üzrə polisin alınması zamanı ödəniş həyata keçirə bilər.

1995-cı ildə yaradılmış A-Group sığorta şirkəti uzun illərdir Azərbaycanda tibbi sığorta bazarında mübahisəsiz liderliyi saxlayır. A-Group respublikanın ən yaxşı klinikalarını əhatə edən və müştərilərə yüksəkkeyfiyyətli servisi təmin etməyə qadir olan unikal sistem yaradıb. MediClub şirkətinin xidmətlərindən eksklüziv istifadə hüququna sahiblik A-Group-a Azərbaycan ərazisində və onun hüdudlarından kənarda tibbi yardımın bütün növlərinin göstərilməsini təmin etməyə imkan yaradır. A-Group polisi sahiblərinin sayı 16 min nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti