...

Avropa İttifaqı Azərbaycana 120 milyon avrodan çox vəsait ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 19:17 (UTC +04:00)
2011-2013-cü illər ərzində Avropa İttifaqı və onun qonşuları arasında siyasi əməkdaşlığın möhkəmlənməsinə və iqtisadi inteqrasiyaya yardıma 5,7 milyard avrodan çox vəsait ayrılacaq.
Avropa İttifaqı Azərbaycana 120 milyon avrodan çox vəsait ayıracaq

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir Y.Ostapenko/

2011-2013-cü illər ərzində Avropa İttifaqı və onun qonşuları arasında siyasi əməkdaşlığın möhkəmlənməsinə və iqtisadi inteqrasiyaya yardıma 5,7 milyard avrodan çox vəsait ayrılacaq. Azərbaycana 122,5 milyon avro ayrılacaq.

Maliyyələşdirmə siyasi və iqtisadi islahatlara dəstək, tərəfdaş ölkələrdə regional və transsərhəd əməkdaşlığa yönələcək ki, bu da Avropa mehriban qonşuluq siyasəti mexanizminə bağlanır. Maliyyələşdirmə, həmçinin iqlim dəyişikliyi, nəqliyyat sektoru, energetika və ətraf mühüt sahələrindəki layihələrə aid olacaq.

"Hazırkı çətin zamanda Aİ-nin stabil və etibarlı tərəfdaş olmasını təsdiqləyərək biz qonşularımızla əməkdaşlığımızı genişləndirmək istəyirik", - Avropa Komissiyasının prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfdaşlarının istəkləri və imkanlarına müvafiq olaraq daha sıx siyasi və iqtisadi əlaqələr təklif edir. "Aİ tərəfindən maliyyələşdirilmənin artırılması bu məqsədlərə çatmaq üçün mühüm vasitədir", - Eşton deyib.

Avropa İttifaqının qonşuları 2013-cu ildə, 2010-cu ilədək aldıqları 1,6 milyard avroya nisbətdə 2 milyard avrodan çox vəsait alacaqlar.

"Mehriban qonşuluq siyasətinin uğurlu olması üçün əhalinin daha çox mobil olması, əmtəə dövriyyəsinin artırılması və daha çox yardım lazımdır", - genişləndirilmə və mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle belə hesab edir.

"Bütün bunların öz dəyəri var. Lakin mən hesab edirəm ki, zəif iqtisadi fəaliyyətin, qonşuluğumuzda olan ölkələrdəki qeyri stabilliyin və münaqişələrin nəticələrini həll etmək bizə maliyyə baxımından olduqca baha başa gələcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti