...

Azərbaycanda daha bir sığorta şirkəti hava nəqliyyatının sığortası üzrə lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 16:10 (UTC +04:00)
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycanın "Paşa Sığorta" şirkəti tərəfindən hazırlanan kosmik risklərin sığortası qaydalarını təsdiqləyib. Bu barədə şirkətdən məlumat verilib.
Azərbaycanda daha bir sığorta şirkəti hava nəqliyyatının sığortası üzrə lisenziya alıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir Ü.İsmayılova/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycanın "Paşa Sığorta" şirkəti tərəfindən hazırlanan kosmik risklərin sığortası qaydalarını təsdiqləyib. Bu barədə şirkətdən məlumat verilib.

Maliyyə Nazirliyi, həmçinin, hava limanları sahiblərinin və hava hərəkətini idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası üzrə qaydaları təsdiqləyib.

Hazırda hava nəqliyyatı sahəsində "Azal Sığorta" xidmət göstərir.

Hazırda "Paşa Sığorta"nın sığorta lisenziyası sığortanın 31 növünü əhatə edir. Bunun 5-i sığortanın icbari növünə aiddir.

Paşa Holdinq qrupunun üzvü olan "Paşa Sığorta" Bakıdakı mərkəzi ofisi, Sumqayıt və Xırdalandakı xidmət şöbələrinin vasitəsilə korporativ və fərdi müştərilərə xidmət göstərir. Kapitallaşma göstəricisinə görə, doqquz milyon manat həcmində nizamnamə kapitalına və 11,5 milyon manat həcmində cari məcmu kapitala malik şirkət ölkənin aparıcı sığortaçılar onluğuna daxildir.

Xəbər lenti

Xəbər lenti