...

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı zamanı "bir pəncərə" tətbiq oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 11:20 (UTC +04:00)
Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2013-cü ilədək "bir pəncərə"nin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı sistemini təkmilləşdirmək niyyətindədir. Bu barədə cümə axşamı Dövlət Xidmətinin rəhbəri Damət Bağırov martın 4-5-də Bakıda keçirilən "Daşınmaz əmlakın idarə edilməsi sistemində səmərəlilik və şəffaflıq" mövsuzunda beynəlxalq seminarda bildirib.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı zamanı "bir pəncərə" tətbiq oluna bilər

Azərbaycan, Bakı, 4 mart / Trend , Ü.İsmayılova/

Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2013-cü ilədək "bir pəncərə"nin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı sistemini təkmilləşdirmək niyyətindədir. Bu barədə cümə axşamı Dövlət Xidmətinin rəhbəri Damət Bağırov martın 4-5-də Bakıda keçirilən "Daşınmaz əmlakın idarə edilməsi sistemində səmərəlilik və şəffaflıq" mövsuzunda beynəlxalq seminarda bildirib.

"Hazırda Dövlət Xidmətində daşınmaz əmlakın qeydiyyatı zamanı sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə fəal iş aparılır", - Bağırov deyib.

Onun sözlərinə görə, bu işlər Azərbaycan Prezidentinin "Azərbaycanda daşınmaz əmlak sisteminin dövlət idarə edilməsinin təkmilləşdirilməsi haqqında" 2009-cu il 19 may tarixli fərmanının icrası məqsədilə aparılır.

Bağırov deyib ki, Dövlət Xidmətində həmçinin elektron arxivin yaradılması üzrə iş aparılır.

"2013-cü ilədək biz beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üzrə milli kadastr sistemini yaratmaq niyyətindəyik", - Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti