...

Yanvarda Azərbaycana 70 min tondan çox sement idxal olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

Yanvarda Azərbaycana 95,65 min ton sement və sement klinkerləri idxal olunub ki, bu da 2009-cu ilin anoloji göstəricisindən 42,4 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Yanvarda 4,23 milyon dollar dəyərində sement və sement klinkeri idxal edilib ki, bu da ötən ilin göstəricisindən 26,3 faiz aşağıdır.

Yanvarda 22,2 min ton sement klinkeri idxal edilib ki, bu da 2009-cu ilin analoji göstəricisindən 80 faiz aşağıdır. 987,9 min dollar dəyərində klinker idxal olunub ki, bu da 2009-cu ilin göstəricisindən 71 faiz azdır.

Yanvarda ölkəyə 73,45 min ton sement idxal olunub. Bu, ötən ilin analoji göstəricisindən 32,5 faiz çoxdur. Həmin dövr ərzində 3,24 milyon dollar dəyərində sement daşınıb ki, bu da 2009-cu ilin yanvarından 38,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti