...

Ukrayna Azərbaycan ilə iqtisadi əməkdaşlıqdan razıdır – səfirlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2010 16:36 (UTC +04:00)
Ukrayna Azərbaycan ilə ticari-iqtisadi münasibətlərdəki uğurdan razıdır. Bunu Ukrayna səfirliyinin ticari-iqtisadi missiyasının rəhbəri Miroslav Blaşuk deyib.
Ukrayna Azərbaycan ilə iqtisadi əməkdaşlıqdan razıdır – səfirlik

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Tariverdiyeva/

Ukrayna Azərbaycan ilə ticari-iqtisadi münasibətlərdəki uğurdan razıdır. Bunu Ukrayna səfirliyinin ticari-iqtisadi missiyasının rəhbəri Miroslav Blaşuk deyib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ilin yanvarında iki ölkə arasında əmtəə dövriyyəsi təxminən 72 milyon dollar təşkil edib.

"Burada böyük xidmət hətta çətin zamanda iqtisadi cəhətdən inkişaf edən Azərbaycana məxsusdur", - Blaşuk bazar ertəsi Ukraynanın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında bildirib.

Blaşuk Ukraynaya neft tədarükü sahəsində Azərbaycan ilə səmərəli əməkdaşlığı qeyd edib. Onun sözlərinə görə, bu il Kremençuq NEZ-ə emal edilməsi üçün 200 min ton neft göndərilib.

Elmi-texniki sahədə Azərbaycan-Ukrayna əməkdaşlığını səfirliyin birinci katibi Artur Danilenko da vurğulayıb. "Ukrayna və Azərbaycan arasında elmi sahədə sıx əlaqələr mövcuddur. Azərbaycandan olan min tələbə Ukraynada təhsil alır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasına dair tenderin keçirilməsi ölkələr arasında əməkdaşlıqda mühüm addım olub. "Çox güman ki, peyki məhz Ukraynanın "Zenit SLB" raketdaşıyıcısı orbitə çıxaracaq", - Danilenko deyib.

Xəbər lenti

Xəbər lenti