Azərbaycan, Bakı, 5 aprel /Trend/
ABB-Moskva RBK-nın "2010-cu il yanvarın 1-nə bankomatların sayına görə lider banklar" renkinqində 74-75-ci mövqeni tutub. Bu barədə bankın məlumatında deyilir.
Yanvarın 1-də ABB-Moskvanın bankomat şəbəkəsi 32 bankomatı əhatə edib.
2010-cu il yanvarın 1-də dövriyyədə ABB-Moskvanın 21 761 bank kartı olub. Onlardan 19 153 kart Visa International ödəniş sisteminin, 2608-i isə MasterCard-ın payına düşür.
2010-cu il yanvarın 1-nə bankın mənfəəti 37,7 milyon rubl təşkil edib. Müvafiq dövrə olan məlumata görə, bankın xalis aktivləri 14 937,03 milyon manat təşkil edib.
ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur və Rusiya ərazisində fəaliyyət göztərən 100% Azərbaycan kapitalına malik ilk və yeganə bankdır.