Azərbaycan, Bakı, 8 aprel /Trend/
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatı 2010-cu ilin 1-ci rübünün yekunlarına görə 5,510 milyard dollar təşkil edib. Bu barədə AMB-nin cümə axşamı yayılan məlumatında deyilir.
"İlin əvvəli ilə müqayisədə bu göstərici 6,7 %, yaxud 348,3 milyon dollar artıb", - məlumatda bildirilir.
2009-cu ildə ölkənin strateji valyuta ehtiyatı üç milyard dollar artaraq, 20 milyard dolları ötüb.