...

Rusiya bankı nümayəndəliyinin açılması üçün icazə almaqdan ötrü Azərbaycan Mərkəzi Bankına müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2010 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.Xəlilova/

"Rosselxozbank" ASC Azərbaycanda öz nümayəndəliyinin açılması üçün icazə almaqdan ötrü Azərbaycan Mərkəzi Bankına (AMB) rəsmi müraciət edib. Bunu cümə axşamı AMB-nin Kommunikasiyalar Üzrə Departamentinin rəhbəri Rüfət Abbasov deyib.

ASC 2010-cu il martın 16-da nümayəndəliyi Azərbaycan Verglər Nazirliyinin "bir pəncərə" sistemi üzrə qeydiyyatdan keçirib.

Hazırda respublikada Latviyanın "Parex Bank", Almaniyanın "Commerz Bank" və Türkiyənin "CIitibank" səhmdar şirkətinin nümayəndəlikləri fəaliyyət göstərir.

Bakıda "Rosselxozbank"ın açılmasında məqsəd işgüzar əlaqələrin qurulması və genişləndirilməsi, bank müştərilərinin xarici ticarət sövdələşmələrinin artırılması üçün tərəfdaşların axtarışının həyata keçirilməsidir.

Bu gün "Rosselxozbank" yaxın xarici ölkələrdə öz iştirakını fəal genişləndirir. 2009-cu ildə Belarus, Tacikistan və Qazaxıstanda üç nümayəndəlik açılıb.

Rusiya və Azərbaycan arasında münasibətlər ticari-iqtisadi, elmi-texniki və humanitar sahələrdə inkişaf edir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2008-ci ildə 2,4 milyard dollar təşkil edib. İdxalın ümumi həcmində kənd təsərrüfatı məhsullarının payı 53,5 faiz, ixrac 22,6 faiz təşkil edib.

2009-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsi 1,816 milyard dollar səviyyəsində olub. Azərbaycanın statistik məlumatlarına görə, ötən il əmtəə dövriyyəsi altı faiz, Rusiya tərəfinin məlumatına görə, 25 faiz azalıb.

"Rosselxozbank"ın əsas məqsədi RF kənd əhalisinin və kənd təsərrüfatı malları istehsalçılarının bank məhsullarına və xidmətlərinə tələbatını səmərəli şəkildə təmin etmək, Rusiyanın aqrar-sənaye sektorunun müasir milli kredit-maliyyə sisteminin formalaşmasına və fəaliyyət göstərməsinə hərtərəfli yardım etmək., Rusiya Federasiyası ərazisində aqrar sənaye kompleksinin və kənd ərazilərinin inkişafını dəstəkləməkdir.

Hazırda Azərbaycanda 500-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Onlardan, təxminən, yarısı 100 faiz Rusiya şirkətidir.

Xəbər lenti

Xəbər lenti