...

İslam bankçılığının Azərbaycanda tətbiqi ümumi strategiya çərçivəsində nəzərdən keçiriləcək - AMB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankı (AMB) islam bankçılığının prinsiplərinin tətbiq edilməsi məsələsini nəzərdən keçirir. Bunu AMB-in idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı deyib.

"Bizdə həmin istiqamətin inkişafını nizamlayan hüquqi-normativ baza yoxdur. Mən fikirləşirəm, islam bankçılığının Azərbaycanda tətbiqi bank sisteminin inkişafının ümumi strategiyası çərçivəsində nəzərdən keçiriləcək və onun Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə faydalı olduğu qiymətləndiriləcək", - Rüstəmov deyib.

Onun sözlərinə görə, əgər milli mentalitet bank xidmətlərinin həmin formasını tələb edərsə, o zaman həmin məsələ nəzərdən keçiriləcək.

"Lakin fikirləşirəm ki, bizim yolumuz bank sektorunun inkişafının klassik formasıdır. Azərbaycanın mentallığı çox uğurludur və həm müasirliyi, həm avropeyzmi, həm də milliliyi əlaqələndirir. Bunlarla yanaşı, axtarış gedir; belə ki, istənilən model sınaqdan keçirilməlidir", - Rüstəmov deyib.

Azərbaycanın bəzi bankları islam bankçılığının prinsiplərinin tətbiq edilməsinə dair artıq istəklərini bildiriblər, lakin müvafiq bankçılıq nəzarəti və hüquqi baza olmadığına görə həmin məsələ həll olunmamış qalır.

İslam İnkişaf Bankı ölkədə islam bankının yaradılmasına yardım göstərməyi Azərbaycan Mərkəzi Bankına təklif edib.

Xəbər lenti

Xəbər lenti