Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında növbəti monitorinqlər zamanı 11,3 ton istifadə müddəti bitmiş məhsul aşkar edərək məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda bildirilir.
Monitorinqlər Bakının Nərimanov rayonunda yerləşən Engin Ltd MMC-nin anbarında aparılıb. Anbarda şokolad, saqqız, çipsi kimi vaxtı ötmüş məhsullar aşkar edilib.
Bundan əlavə, şirkətin anbarında istifadə müddəti bitmiş 54 növ qeyri-ərzaq məhsulları, o cümlədən 2 min ədəd qablaşdırılmış şampun, 12 822 ədəd nəm salfet kağızı, 8 459 ədəd ayaqqabı kremi, 16 422 ədəd antiperspirant, 269 ədəd yuyucu vasitə, 71 ədəd saç üçün boya, 312 ədəd diş pastası aşkar edilərək məhv edilib.