...

Azərbaycan və Avropa ölkələri arasında aviareyslərin təxirə salınması davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2010 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/

Eyyafyatlayokudl vulkanının püskürməsi nəticəsində Avropa hava limanlarının işinin müvəqqəti dayandırılması ilə əlaqədar səhərdən Bakı - Paris və Bakı - London aviareysləri təxirə salınıb. Bu barədə çərşənbə axşamı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.

Bakı - Paris reysi Bakı vaxtı ilə saat 08:00-a, Bakı - London reysi isə saat 12:00-a planlaşdırılmışdı.

AZAL-dan bildirilib ki, Bakı - London (AZAL) - 17:40 (Bakı vaxtı ilə), Frankfurt - Bakı (20:05) və Paris - Bakı (20:00) reyslərinin həyata keçirilməsi də sual altındadır.

Dünən, həmçinin, Azərbaycan və Avropa ölkələri arasında bir neçə reys təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti