...

Dövlət lizinq şirkətinin səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2010 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"Bakı Fond Birjası" QSC-yə (BFB) "AqroLizinq" ASC-nin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunub və 2010-cu il aprelin 26-dan etibarən BFB-də "AqroLizinq" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiyaların həcmi 15 milyon manat, hər bir aksiyanın nominal dəyəri isə 2 manat təşkil edir. Səhmlərin yerləşdirmə anderrayteri "Standard Kapital" MMC çıxış edir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

"AqroLizinq" ASC-nin ölkənin 55 rayonunda xidmət məntəqələri mövcuddur. 2005-ci ildə fəaliyyətə başlayan şirkət indiyə kimi 8 817 vahid aqrotexnika, həmçinin 745 taxılyığan kombayn, 2,25 min traktor, 132 ekskavator, 5,69 min digər kənd təsərrüfatı texnikası istismara verib.

Aprelin 23-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti