...

Azərbaycanlı sahibkarlara "GSP+" proqramının imkanları təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2010 17:16 (UTC +04:00)
Hazırda azərbaycanlı sahibkarlar Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və ABŞ-ın "GSP" proqramlarından istifadə edərək öz məhsullarını bu ölkələrə güzəştli şərtlərlə ixrac etmək imkanına malikdir.
Azərbaycanlı sahibkarlara "GSP+" proqramının imkanları təqdim olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/

Hazırda azərbaycanlı sahibkarlar Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və ABŞ-ın "GSP" proqramlarından istifadə edərək öz məhsullarını bu ölkələrə güzəştli şərtlərlə ixrac etmək imkanına malikdir. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.

Azərbaycanda ixracın artırılması məqsədilə "GSP+" proqramından daha geniş istifadə olunması üçün bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də "GSP+" proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə ötən ildən başlayaraq Bakıda və ölkənin müxtəlif regionlarında İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə dəstək layihəsi" ilə birgə sahibkarlar üçün seminarlar keçirir. Aprelin 26-da Mingəçevirdə "Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda növbəti seminar keçirilib. Seminar Aran iqtisadi rayonunun sahibkarları üçün təşkil edilib.

2009-cu ilin yanvar ayından etibarən Azərbaycan Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" proqramına ("GSP+") qoşulub. Ölkənin bu proqrama daxil edilməsi Azərbaycana təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da ölkənin ixrac potensialının genişləndirilməsi və strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti