...

Gürcüstan və Azərbaycan ÜTT-yə daxil olmaq çərçivəsində danışıqların başa çatdırılması haqqında protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2010 15:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/

Cümə axşamı Gürcüstan və Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq çərçivəsində məhsul və xidmətlərin iki ölkənin bazarlarına buraxılması üzrə ikitərəfli danışıqların başa çatdırılması haqqında protokol imzalayıblar.

Sənədin imzalanması ölkənin Baş naziri Nika Qilaurinin iştirakı ilə Gürcüstan hökumətinin dəftərxanasında baş tutub.

Protokolu Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıb.

Tərəflər sözügedən protokolun iki ölkə arasında ticari münasibətlərə yeni stimul verəcəyinə əminliklərini bildiriblər.

Səfər zamanı Azərbaycan hökumətinin nümayəndə heyəti cümə axşamı Bolnisi və Marneuliyə səfər edəcək və Kvemo-Kartli qubernatoru David Kirkitadze ilə görüşəcək. Tbilisidə "Redisson" mehmanxanasında başlayan Azərbaycan-Gürcüstan biznes forumu Marneulidə davam edəcək.

Azərbaycan nümayəndə heyəti Gürcüstanı aprelin 30-da tərk edəcək.

1997-ci ildən Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda təmsil olunub. Hazırda Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Gürcüstan ilə danışıqların başa çatdırılması haqqında protokollar imzalanıb. Ölkə Qırğızıstan və Moldova ilə protokolların imzalanması mərhələsindədir.

Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti ilə danışıqlar mərhələsindədir. 2009-cu ildə bu siyahıya İsveçrə də qoşulub.

Xəbər lenti

Xəbər lenti