...

Azərbaycanda təmin olunmamış ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2010 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə AİF-in məlumatında deyilir.

İstiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 7,33 milyon manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 28 mln. manata çatıb.

Mayın 3-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti