Azərbaycan, Bakı, 3 may /Trend/
Son il ərzində Unibank ASC-də fizikli şəxslərin əmanətlərinin həcmi 69 faiz artaraq, ilk dəfə olaraq 117,4 milyon manatı ötüb. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Bu dövrdə tələbli əmanətlər də daxil olmaqla, vətəndaşlardan yenidən cəlb edilmiş depozitlərin məbləği 48 milyon manat təşkil etdiyi halda, ötən il aprelin sonlarında təcili depozitlər üzrə bankın bağladığı depozit sövdələşmələri, demək olar iki dəfə artıb. Bununla yanaşı, əmanətçilərin sayı 84 min nəfər olub.Təkcə bu il cari hesablar istisna olmaqla, fiziki şəxslərin təcili depozitləri 23 milyon manata yaxın və ya 30 faiz təşkil edib. Nəticədə, "Unibank" bu il özəl əmanətlərin artımı üzrə ölkənin bank sektorunda fiziki şəxslərin depozitlərinin ümumi artım tempini bir neçə dəfə qabaqlayıb.
"Depozit portfelinin sürətli artımı müştərilərin etimadından xəbər verir və "Unibank"ın depozit məhsullarının rəqabətqabilliyyətliliyi ilə bağlıdır". Bankın idarə heyətinin sədri Faiq Hüseynov belə hesab edir.
Onun sözlərinə görə, "Unibank" əmanətçilərə faizlərin kapitallaşdırılması, vəsaitlərin hissə-hissə götürülməsi üzrə qeyri-məhdud imkanların verilməsi, depozit hesabının doldurulması, əmanətin məbləğinin 90 faizi həcmində güzəştli kredit xətti verilməsi də daxil olmaqla, onların maraqlarına daha çox cavab verən şərtlər təklif edir. "Ayrı-ayrı şəxslərin əmanətləri hesabına depozit bazasının artırılması, həmçinin, bu gün bankın xırda kreditləşmə sahəsində fəal əməliyyatlar aparması ilə izah olunur. Biz biznesin bu cür modelini dəstəkləyirik və bunun sayəsində depozit proqlamların reklamına sərmayə qoymuruq; müştəriləri məhz sabit iş və risklərin minimallaşdırılması hesabına cəlb edirik", - Hüseynov bildirib.
"Unibank" 2007-ci il iyunun 30-dan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) üzvüdür. 26 filial və şöbənin daxil olduğu bankın xidmət şəbəkəsi bu gün Azərbaycanın səkkiz şəhərində fəaliyyət göstərir. Bank 127 mindən artıq özəl və korporativ müştəriyə xidmət göstərir.