Azərbaycan, Bakı, 04 may / Trend , müxbir Ü.İsmayılova/
Martda Bakıda kommersiya obyektləri bazarında qiymətlər 0,2 faiz, kommersiya obyektlərinin icarə qiymətləri 0,2 faiz ucuzlaşıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən deyiblər.
Fevralda Bakıda qeyri-yaşayış obyektlərinin bir kvadratmetrinin orta qiyməti fevral ayındakı 2985 dollara qarşı 2980 dollar təşkil edib. Əvvəlki rüblə müqayisədə qiymətlər 0,3 faiz, 2008-ci ilin analoji dövrü ilə müqayisədə isə 3,9 faiz azalıb.
Kommersiya obyektləri bazarında təkliflər 1,2 faiz artıb. Bazarda təqdim edilən kommersiya obyektlərinin payı orta qiymətdən aşağı olmaqla bazarın 53,8 faizni təşkil edib.
Qiymətlərdə əhəmiyyətli artım Qaradağ rayonunda - 0,2 faiz, əhəmiyyətli azalma Yasamal rayonunda - 0,8 faiz müşahidə olunub.
Cədvəl qiymət dəyişikliklərini göstərir:
Şəhərin zonaları |
Martda orta qiymət (dollarla) |
Qiymətlərin dəyişməsi (%-lə) |
I |
4910 |
-0,2 |
II |
3480 |
-0,3 |
III |
2148 |
-0,6 |
IV |
811 |
1,1 |