...

Azərbaycan Beynəlxalq Bankı 2010-2015-ci illər üzrə strateji inkişaf planını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 10:51 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) PricewaterhouseCoopers (PwC) beynəlxalq auditor şirkəti ilə birgə özünün 2010-2015-ci illəri əhatə edən strateji inkişaf planını təsdiqləyib. Bu barədə bankın məlumatında deyilir.
Azərbaycan Beynəlxalq Bankı 2010-2015-ci illər üzrə strateji inkişaf planını təsdiqləyib

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) PricewaterhouseCoopers (PwC) beynəlxalq auditor şirkəti ilə birgə özünün 2010-2015-ci illəri əhatə edən strateji inkişaf planını təsdiqləyib. Bu barədə bankın məlumatında deyilir.

"Bir neçə ay gərgin işlər nəticəsində bazarın ümumi vəziyyəti öyrənilib, ABB-nin güclü və zəif tərəfləri qiymətləndirilib son beş il üzrə strateji inkişaf xətti müəyyən edilib; hazırlanan strateji təşəbbüslərin həyata keçirilməsinin optimal variantları razılaşdırılıb, bütün sahələrdə yeni məqsədlərə uğurla nail olmağın yolları müəyyən edilib", - bankın məlumatında deyilir.

"Strateji planda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün artmaqda olan rəqabət şəraitində də bankın müvafiq potensialı var. Strategiya çərçivəsində prinsipial qərarların qəbul edilməsi, yeni texnologiyaların tətbiqinin davam etdirilməsi, gündəlik işdə strateji planda nəzərdə tutulan kriteriyalara meyillilik - bütün bunlar böyük uğurun zəmanəti olacaq", - məlumatda bildirilir.

"Azərbaycan Beynəlxalq Bankı - Moskva" bankı idarə heyətinin sədri Fuad Abdullayev təqdim olunan layihəyə görə törəmə bankın qarşısında qoyulan vəzifələrdən danışarkən deyib ki,"ABB - Moskva"nın kollektivi öz işini 2007-ci ilin sonlarında üç llik dövr üçün nəzərdə tutulan strateji inkişaf planına uyğun şəkildə qurub və mühüm uğurlara nail olub. Məlumdur ki, "Azərbaycan Beynəlxalq Bankı - Moskva" dünya maliyyə böhranı nəticəsində yaranan problemləri yoluna qoya bilən streslərə davamlı bankların TOP-30 reytinqinə daxil edilib.

Layihədə, həmçinin, ABB-nin törəmə müəssisəsi olan Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) inkişaf xətti öz əksini tapıb. BSŞ üçün hazırlanan strategiyada Rusiya, Ukrayna, Qazaxıstanın və digər ölkələrin təcrübəsi nəzərə alınıb, inkişafın müxtəlif pillələrində sığorta bazarına xas olan bütün proses və tendensiyalar təhlil edilib. BSŞ üçün PricewaterhouseCoopers tərəfindən hazırlanan strategiya onun Azərbaycanın sığorta bazarında inkişafına və möhkəmlənməsinə böhrandan sonrakı dövrdə də yardım edəcək, - məlumatda belə deyilir.

ABB-nin törəmə müəssisəsi olan "Azərikard" prosessinq mərkəzi üçün strateji plan ötən il təqdim olunub və hazırda uğurla həyata keçirilir.

Azərbaycan Beynəlxalq Bankının 2010-2015-ci illər üzrə strateji inkişaf planı idarə heyəti tərəfindən təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti