...

Aprel ayında Azərbaycanda vergi qanunvericiliyi pozuntularının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2010 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın Vergilər Nazirliyi tərəfindən aprel ayında aparılan operativ nəzarət tədbirlərinin yekunlarına əsasən, 2532 vergiödəyicisi vergi qanunvericiliyi pozuntularına yol verib. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir. Yanvar ayında 1496, fevral ayında isə 1120 vergiödəyicisi qanunvericiliyi pozub.

Tədqiq olunan dövr ərzində 1489 vergiödəyicisi nağd pulların ödənişi qaydalarını pozub, 151-də isə ödəniş vasitəsi kimi xarici valyutaların qəbulu faktları aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində vergi orqanlarında qeydiyyatsız fəaliyyət göstərən 157 və xüsusi icazə tələb edən yerlərdə icazəsiz işləyən 1070 vergiödəyicisi aşkar edilib.

Operativ nəzarət tədbirləri zamanı 266 vergiödəyicisində əmək müqaviləsi bağlamadan işə cəlb edilən 158 fiziki şəxs aşkar olunub.

Aksiz markalarının tətbiqinə nəzarət məqsədilə 27 vergiödəyicisindən 1807,6 manat dəyərində uyğunsuz marka ilə 571 mal aşkar edilib.

Mayın 7-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD  təşkil edir.

Xəbər lenti

Xəbər lenti