...

Bakı - London reysinin vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2010 12:23 (UTC +04:00)
İslandiyada püskürən Eyyafyatlayokuld vulkanından qalxan yeni kül buludu ilə əlaqədar Böyük Britaniyada hava limanlarının bağlanması səbəbindən Bakı - London aviareysi təxirə salınıb. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.
Bakı - London reysinin vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.İsmayılov/

İslandiyada püskürən Eyyafyatlayokuld vulkanından qalxan yeni kül buludu ilə əlaqədar Böyük Britaniyada hava limanlarının bağlanması səbəbindən Bakı - London aviareysi təxirə salınıb. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

AZAL-dan bildiriblər ki, Bakıdan yerli vaxtda 12:55-də uçmalı olan aviareysin vaxtı saat 15:00-ə keçirilib.

London - Bakı reysinin təyin olunduğu məntəqəyə müvafiq olaraq cədvəl üzrə Bakı vaxtı ilə saat 22:50-də çatacağı gözlənilir.

Bazar günü, mayın 16-da axşam Böyük Britaniyanın cənubunda aeroport bağlanıb. İngiltərənin şimal və mərkəzi hissəsindəki, eləcə də Şotlandiya və Şimali İrlandiyadakı aeroportlar da işləmir.

Mayın 17-də Bakı vaxtı ilə səhər saat 5-dən 11-dək "Hitrou" və "Qatvik" də daxil olmaqla, London aeroportları bağlanıb.

Bazar günü Dublin aeroportu da daxil olmaqla, İrlandiyadakı hava limanları da bağlanıb. O, ən azı, bazar ertəsi günortayadək bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti