...

Yaxın günlərdə Azərbaycanda təkrar taxıl səpininə başlanılacaq – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2010 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın regionlarında yağan leysan yağışlar nəticəsində 50 min hektar topraq su altında qalıb ki, bu da aqrar sektora ciddi ziyan vurub. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bazar ertəsi bildirib.

"Su altında qalan ərazilərin 18 min hektarı taxıl, 23 min hektarı pambıq, tərəvəz və digər kənd təsərrüfatı məhsulları sahələrinin payına düşür", - Əliyev deyib.

Onun sözlərinə görə, hazırda dövlət komissiyası leysan yağışlarından dəyən ziyanın həcmini hesablayır ki, həmin ziyan dövlət tərəfindən tamamilə ödəniləcək.

"Əkin sahələrini basmış su çəkildikdən sonra, nazirliyin dəstəyi ilə təkrar əkinə başlanacaq. Bunun üçün toxum nazirliyin Toxum Fondundan ayrılacaq, heyvanlar isə fermerlərə və ailə təsərrüfatlarına idxal hesabına veriləcək", - Əliyev deyib.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti