...

Azərbaycanda bir neçə özəl klinikanın fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2010 15:06 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bəzi özəl tibb müəssisələrinin işində pozuntular aşkara çıxarıb. Bu barədə nazirlikdən bazar ertəsi məlumat verilib.
Azərbaycanda bir neçə özəl klinikanın fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Səhiyyə Nazirliyi bəzi özəl tibb müəssisələrinin işində pozuntular aşkara çıxarıb. Bu barədə nazirlikdən bazar ertəsi məlumat verilib.

"Bu müəssisələrdə xidmətlərin müvafiq icazə olmadan göstərilməsi, əksəriyyətinin istifadə müddəti başa çatmış laboratoriya reaktivlərindən, tələblərə cavab verməyən tibbi avadanlıqlardan istifadə, eləcə də bu avadanlıqların idxalına icazənin olmaması kimi pozuntular aşkar edilib", - nazirlikdən bildiriblər.

Mütəxəssislərin bəyan etdikləri kimi, tibb müəssisələrinin laboratoriyalarında istifadə edilən reaktivlər aparılan analizlərin dəqiqliyi ilə bağlı ciddi şübhə doğurur ki, bu da xəstəliklərin diaqnostikası və müalicəsi zamanı ağır nəticələrə gətirib çıxara bilər.

Laboratoriyalarda istifadə olunan avadanlıqların vaxtında kalibrlənməməsi də bu müəssisələrin işində ciddi pozuntuların olmasından xəbər verir. Nazirliyin məlumatında belə deyilir.

Pozuntuların aşkar edildiyi bu özəl klinikaların fəaliyyəti dayandırılıb, istifadəyəyararsız reaktivlər götürülüb və tibb müəssisələrinə qarşı Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti