...

Azərbaycan rəhbərliyi ölkədə özəl sahibkarlığın inkişafına xüsusi diqqət ayırır – Sahibkarlar Konfederasiyasının baş katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 13:14 (UTC +04:00)
Azərbaycan rəhbərliyi ölkədə özəl sahibkarlığın inkişafına xüsusi diqqət ayırır. Bu barədə Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində XVI Azərbaycan beynəlxalq "Qida sənayesi" sərgisinin açılışında bildirib.
Azərbaycan rəhbərliyi ölkədə özəl sahibkarlığın inkişafına xüsusi diqqət ayırır – Sahibkarlar Konfederasiyasının baş katibi

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan rəhbərliyi ölkədə özəl sahibkarlığın inkişafına xüsusi diqqət ayırır. Bu barədə Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində XVI Azərbaycan beynəlxalq "Qida sənayesi" sərgisinin açılışında bildirib.

"Bunun əsas göstəricisi ölkədə ÜDM-in 85 faizinin özəl sahibkarlıq hesabına formalaşmasıdır", - Əfəndiyev deyib.

Sərginin təşkilatçısı "ITECA Caspian" şirkətidir. Şirkətin direktoru Fərid Məmmədov açılışda bildirib ki, şirkət, dünya maliyyə-iqtisadi böhranına baxmayaraq, şərgidəki ekspozisiyaların ötənilki səviyyəsini qoruyub-saxlaya bilib.

"Dünya maliyyə böhranı ilə bağlı vəziyyətə baxmayaraq, biz yenə də ekspozisiyaların ötənilki səviyyəsini qoruyub-saxlaya bilmişik. Bu il də, ötən il olduğu kimi, 18 ölkədən 85 şirkət iştirak edir", - Məmmədov deyib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib ki, sərgi Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir.

"Sərgidə 10 türk şirkəti iştirak edir, hesab edirəm, onlardan hər biri Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verə biləcək", - Kılıc deyib.

Bu il ilk dəfə olaraq sərgidəki ekspozisiyaların 60 faizi yerli və birgə şirkətləri əhatə edir, əvvəllər isə ekspozisiyaların 90 faizini xarici şirkətlər təşkil edirdi. Sərgi ekspozisiyalarının bir kvadratmertrlik boş yerinin qiyməti 180-190 manat təşkil edir.

Bu il sərgidə Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak ediblər. Sərgidə ilk dəfə iştirak edən Macarıstan, İran, Fransa, ABŞ, BƏƏ və digər ölkələrdən olan şirkətlər bütün iştirakçıların 30 faizini təşkil edir, eksponatların 20 faizi "World Food Azerbaijan" sərgisinin daimi iştirakçılarıdır.

Sərgi World Food, World Drink, Food PAck, World Food Tech kimi bir neçə tematik ekspozisiyaya bölünüb. Ənənəvi bölmələr - ət və quş, konservləşdirilmiş qidalar, süd məmulatları, dondurmalar, qənnadı, tərəvəz və meyvə, uşaq və pəhriz məhsulları, tütün məmulatları, bal və digərləridir.

Xəbər lenti

Xəbər lenti