...

TRACECA nəqliyyat dəhlizi çərçivəsində tariflər üzrə protokol imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2010 14:44 (UTC +04:00)
Mayın 27-də TRACECA nəqliyyat dəhlizinin milli katibləri (Avropa-Qafqaz-Asiya) Antalyada (Türkiyə) dəhlizin Azərbaycandan keçən mərkəzi marşrutu çərçivəsində tariflər üzrə protokol imzalayacaqlar, - bu barədə şənbə günü TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib.

Аzərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

Mayın 27-də TRACECA nəqliyyat dəhlizinin milli katibləri (Avropa-Qafqaz-Asiya) Antalyada (Türkiyə) dəhlizin Azərbaycandan keçən mərkəzi marşrutu çərçivəsində tariflər üzrə protokol imzalayacaqlar, - bu barədə şənbə günü TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib.

Onun sözlərinə görə, fevral ayında Sofiyada təşkil olunmuş iclasda TRACECA-ya üzv ölkələrin tariflər üzrə işçi qrupu tərəflərin qəti qərara gələ bilmədikləri səbəbinə görə, protokolu imzalamağa nail olmamışdılar. Lakin indi bu barədə bütün məsələlər dəqiqləşdirilib və tərəflər qarşılıqlı razılaşma əldə ediblər. Sənədin imzalanmasında iştirakçı ölkələrin nəqliyyat və iqtisadi strukturları, xüsusilə də Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi və "Azərbaycan dəmir yolları"nın nümayəndələri iştirak edəcəklər.

Həmçinin, Mustafayevin sözlərinə görə, mayın 25-26-da digər nəqliyyat dəhlizləri ilə müqayisədə TRACECA-nın rəqabət qabilliyəti üzrə iclas keçiriləcək. İclasda Azərbaycanın nəqliyyat və iqtisadi inkişaf nazirlikləri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti