...

Azərbaycan ilə Böyük Britaniya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 16:26 (UTC +04:00)
Son illər Azərbaycan ilə Böyük Britaniya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir, iki ölkə arasındakı münasibətlər daha çox enerji əməkdaşlığı ilə səciyyələnir.
Azərbaycan ilə Böyük Britaniya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir – səfir

Azərbaycan, Bakı, 27 may /Trend/

Son illər Azərbaycan ilə Böyük Britaniya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir, iki ölkə arasındakı münasibətlər daha çox enerji əməkdaşlığı ilə səciyyələnir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Trend-ə müsahibəsində bildirib.

"Lakin buna baxmayaraq bizim qarşımızda duran əsas məqsəd odur ki, bu əlaqələri enerji sahəsindən iqtisadiyyatın digər sahələrinə yönəldək. Və bilirsiniz ki, bu istiqamətdə ötən il Böyük Britaniya-Azərbaycan Biznes Şurası təsis olunub", - Qurbanov deyib.

Şuranın fəaliyyət göstərdiyi qısa müddətdə artıq iki ticarət missiyası ölkəmizdə olub və mart ayında Britaniyada ölkəmizə həsr olunmuş ticarət-sərmayə forumu keçirilib. Böyük Britaniyanın sayca üçüncü ticarət missiyası iyunda Azərbaycana gələcək. Səfər zamanı onlar azərbaycanlı tərəfdaşları ilə görüşlər keçirəcək, ölkədə xarici investorlar üçün yaradılan şərait və ümumilikdə işgüzar mühit barədə geniş məlumat əldə edəcəklər.

"Gələcəkdə bu kimi işgüzar toplantıların ənənəvi xarakter alması və davamlı şəkildə Londonda və Bakıda belə toplantıların təşkili planlarımıza daxildir. Bütün bunlar təbii ki, iki ölkənin işgüzar dairələri arasında təmasların və birgə layihələrin icrasına öz töhfəsini verir" - səfir deyib.

Xəbər lenti

Xəbər lenti