...

Azərbaycanda "quş qripi" virusu aşkar edilməyib - Dövlət Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2010 12:17 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidmətinin mayın 17-də başlanmış növbəti monitorinqi vəhşi və ev quşlarında "quş qripi" virusuna yoluxma faktı aşkar etməyib. Bu haqda Baytarlıq Xidmətinin cümə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanda "quş qripi" virusu aşkar edilməyib - Dövlət Baytarlıq Xidməti

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir U.İsmayılova/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidmətinin mayın 17-də başlanmış növbəti monitorinqi vəhşi və ev quşlarında "quş qripi" virusuna yoluxma faktı aşkar etməyib. Bu haqda Baytarlıq Xidmətinin cümə axşamı yayılan məlumatında deyilir.

"Monitorinq çərçivəsində xidmətin mütəxəssisləri 12 vəhşi və 1 160 ev quşundan götürülmüş patoloji materialların nümunələrinin, həmçinin, 6 ev quşunun patoloji materiallarının laborator təhlilini aparıb", - məlumatda deyilir.

Monitorinqlər Abşeron yarımadasında, Azərbaycanın Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin, digər sahilyanı ərazilərdə aparılıb.

Quşların "quş qripi" virusuna yoluxma faktlarının aşkarlanması məqsədilə aparılan monitorinqlər Baytarlıq Xidməti tərəfindən Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Cəmiyyəti ilə birgə keçirilib.

Xəbər lenti

Xəbər lenti