...

Azərbaycanın investisiya imkanları Fransanın beynəlxalq yarmarkasında nümayiş olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2010 15:50 (UTC +04:00)
Fransanın şimal-qərbində, Aşağı Normandiya regionunda yerləşən L’eql şəhərində 53-cü ənənəvi Beynəlxalq Yarmarka keçirilmişdir, bu barədə şənbə günü Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda deyilir.
Azərbaycanın investisiya imkanları Fransanın beynəlxalq yarmarkasında nümayiş olunub

Аzərbaycan,Bakı, 29 may /Trend,müxbir N.İsmayılova/

Fransanın şimal-qərbində, Aşağı Normandiya regionunda yerləşən L'eql şəhərində 53-cü ənənəvi Beynəlxalq Yarmarka keçirilmişdir, bu barədə şənbə günü Azərbaycanın İqtisadi inkişaf Nazirliyindən verilən məlumatda deyilir.

Müxtəlif ölkələrdən 150-dən çox rəsmi şəxsin və iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri təmsil etmişlər.

Yarmarkada "Azərsun Holdinq", "Gəncə Şərab 2" ASC tərəfindən istehsal edilən zeytun yağları, Azərbaycan çayı, meyvə şirələri, şərab məhsulları, AZPROMO-nun ölkəmizin iqtisadi inkişafı, biznes mühiti və investisiya imkanlarına dair bukletləri nümayiş olunmuşdur. Azərbaycan məhsulları tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat keçirilmiş, ölkəmizin iqtisadi inkişafı, potensial biznes və investisiya imkanları barədə geniş məlumat verilmişdir. Təqdimat zamanı Azərbaycan mədəniyyəti, turizm imkanları və milli mətbəximizlə bağlı video çarx nümayiş olunmuş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Səfər zamanı Nazirliyin əməkdaşları L'eql şəhərində ötən əsrin 70-ci illərində yaradılmış 3 sənaye şəhərciyinin fəaliyyəti ilə də tanış olmuşlar.

Xəbər lenti

Xəbər lenti