...

Gürcüstan Milli Statistika Xidmətinin içraçı direktoru Fransada İƏİT-nin iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 16:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Milli Statistika Xidmətinin içraçı direktoru Zaza Çelidze İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT, OECD) dəvəti ilə Fransanın paytaxtı Parisə yollanacaq.

Milli Statistika Xidmətindən Trend-ə verilən məlumata görə, o, İƏİT - PARIS 21 Katibliyinin idarəetmə komitəsinin və şurasının iclasında iştirak edəcək və avopalı həmkarlarını Statistika Xidmətində gedən proseslərlə və gələcəkdə planlaşdırılmış tədbirlərlə tanış edəcək.

Səfər çərçivəsində rəsmi statistika sahəsinin donorları ilə görüşlərin keçirilməsi planlaşdırılıb. Səfər iyunun 5-i başa çatacaq.

Xəbər lenti

Xəbər lenti