...

Azərbaycanda ASB Bankın sponsorluğu ilə elmi-praktik konfrans keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2010 12:23 (UTC +04:00)
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: dünya təcrübəsi və Azərbaycan modeli" adı altında beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azərbaycanda ASB Bankın sponsorluğu ilə elmi-praktik konfrans keçirilib (FOTO)

Аzərbaycan,Bakı, 5 iyun /Trend/

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: dünya təcrübəsi və Azərbaycan modeli" adı altında beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Ölkə iqtisadiyyatına dəyərli töhfələrini verən elm işçilərin hər zaman yanında olan ASB ("Azərbaycan Sənaye Bankı" ASC) Azərbaycan Respublikası ərazisində bu mövzuda ilk dəfə keçirilən konfransın baş sponsoru olub və bank nümayəndəsi "Qlobal iqtisadi böhran və Azərbaycan Respublikasında pul-kredit sisteminin mövcud vəziyyəti" məqaləsi ilə çıxış edib. Bu barədə bankın məlumatında deyilir.

Konfransda Türkiyə və Orta Şərq İdarəetmə İnstitutu, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Türkiyə Cümhuriyyəti Mərmərə Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Vergilər Nazirliyi və digər bir çox universitet və maliyyə institutlarından professor, doktor və elmi işçilər iştirak edib.

İyunun 5-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti