Azərbaycan, Bakı, 7 iyun / Trend , müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80362 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 4-nə 1 ABŞ dolları üçün 0,8037 manat, minimum isə mayın 31-dən iyunun 3-dək 1 ABŞ dollarına 0,8035 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
24 may |
0,8035 |
31 may |
0,8036 |
25 may |
0,8036 |
1 iyun |
0,8036 |
26 may |
0,8036 |
2 iyun |
0,8036 |
27 may |
0,8036 |
3 iyun |
0,8036 |
28 may |
0,8036 |
4 iyun |
0,8037 |
Həftə ərzində orta |
0,80358 |
Həftə ərzində orta |
0,80362 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi dəyişilməz qalıb. Orta məzənnə 1 ABŞ dollarına 0,8037 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 31-də sövdələşmə həyata keçirilməyib; ona görə də məzənnə 0,8037 AZN/USD səviyyəsində saxlanılıb, iyunun 1-də 0,8037 AZN/USD məzənnə ilə $0,309 mln, iyunun 2-də - 0,8037AZN/USD məzənnəsi ilə $12,49 mln, iyunun 3-də - 0,8037 AZN/USD məzənnəsi ilə $5,1 mln və iyunun 4-də - 0,8037 AZN/USD məzənnəsi ilə $1,33 mln.
Manatın ABŞ dollarına münasibətdə birja məzənnəsi: |
|||
24 may |
0,8036 |
31 may |
0,8037 |
25 may |
0,8037 |
1 iyun |
0,8037 |
26 may |
0,8037 |
2 iyun |
0,8037 |
27 may |
0,8037 |
3 iyun |
0,8037 |
28 may |
0,8037 |
4 iyun |
0,8037 |
Həftə ərzində orta |
0,80368 |
Həftə ərzində orta |
0,8037 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti son həftədə dəyişməz qalıb; alışı 9 manat, satışı 10 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin olunması üzrə əlavə tədbirlər haqda fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən, təxminən, çeklərin 80 faizinin çıxarılması ilə əlaqədardır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]