...

Azərbaycanın Hesablama Palatası və Dünya Bankı institusional inkişafa texniki yardım layihəsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 17:17 (UTC +04:00)
Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov və Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Kristos Kostopulos institusional inkişafa texniki yardımla (IBTA-II) bağlı ikinci layihənin gerçəkləşdirilməsinin yekunlarını müzakirə ediblər.
Azərbaycanın Hesablama Palatası və Dünya Bankı institusional inkişafa texniki yardım layihəsini müzakirə ediblər

Аzərbaycan, Bakı, 8 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov və Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Kristos Kostopulos institusional inkişafa texniki yardımla (IBTA-II) bağlı ikinci layihənin gerçəkləşdirilməsinin yekunlarını müzakirə ediblər. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.

Məlumata əsasən, görüşdə IBTA-II layihəsinin icrasının başa çatdırılması barədə hesabata hazırlıq üzrə fikir mübadiləsi aparılıb, həmçinin layihənin komponentlərinə dair məlumatlar yenilənib.

Görüş çərçivəsində həmçinin nəzarət tədbirləri palatası, investisiya xərclərinin yoxlanılması və dövlət büdcəsinin təcili proqnozlaşdırılmasında "Büdcə sistemi" və "Dövlət tədarükləri" haqqında qanunların müşahidəsi məsələləri müzakirə olunub.

IBTA-II layihəsinin dəyəri 7,47 milyon SDR (10,6 milyon dollar) təşkil edir. IBTA-II layihəsi 2002-ci ildə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti