...

Azərbaycanda may ayında 2360 vergiödəyici tərəfindən vergi qanunvericiliyinin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 16:00 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nıəticəsində may ayında 2360 vergiödəyici tərəfindən vergi qanunvericiliyinin pozulması faktları aşkar edilib.
Azərbaycanda may ayında 2360 vergiödəyici tərəfindən vergi qanunvericiliyinin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nıəticəsində may ayında 2360 vergiödəyici tərəfindən vergi qanunvericiliyinin pozulması faktları aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu zaman 1568 vergiödəyicidə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 108 vergiödəyicidə valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 332 vergiödəyici aşkar edilib, 395 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 164 vergiödəyicidə 234 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 91 vergiödəyicinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 30 vergiödəyicidə 6773,4 manat dəyərində 1608 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Operativ nəzarət tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti