...

Sumqayıt şəhərində BASF konserninin təşkilatçılığı ilə uşaqlar üçün ekoloji tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2010 19:24 (UTC +04:00)
İyunun 7-də Azərbaycanın Sumqayıt şəhərində BASF konserninin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulmuş bır sıra ekoloji proqramlardan birincisi keçirilib.
Sumqayıt şəhərində BASF konserninin təşkilatçılığı ilə uşaqlar üçün ekoloji tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

İyunun 7-də Azərbaycanın Sumqayıt şəhərində BASF konserninin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulmuş bır sıra ekoloji proqramlardan birincisi keçirilib.

Bu tədbirlərin keçirilməsində məqsəd, uşaqlara uyğun dildə ekoloji problemlərin ciddiliyi barədə danışmaq və ətraf mühitin mühafizəsi üzrə əsas anlayışlar barədə təsəvvür yaratmaqdır. Davamlı inkişaf və ətraf mühitə diqqətli münasibət prinsipləri ilə ahəngli şəkildə bu vəzifələrin həyata keçirilməsi - BASF konserninin fəaliyyətinin əsas prinsiplərindən biridir. Belə ki, 2008-ci il ərzində konsern enerji səmərəliliyi, ehtiyatların qorunması, ekoloji layihələr və yeni texnologiyaların inkişafına 400 milyon Avro məbləğindən çox sərmayə yatırıb.

Uşaqlar üçün təqdimat, bu tədbir üçün xüsusi olaraq tərtib olunmuş rəngli şəkilləri olan ekoloji kitab əsasında hazırlanıb. Bu kitab sərbəst oyun formatında yeni məlumatların mənimsənilməsində uşaqlara yardımçı olur. Sadə kimyəvi təcrübələr nümunələrində suyun, havanın və torpağın təmizlənməsi üzrə hansı müasir və asan həll yollarının mövcud olduğunu öyrənmək uşaqlar üçün maraqlı idi.

Açıq ünsiyyət şəklində keçən oyunun təqdimatından sonra, uşaqlar "Ekoloji Mərkəz"ə dəvət olunublar. Orada onlara adi kağızın istifadəsinə və təkrar emalına dair əyləncəli təcrübə nümayiş olunub. Effektiv emal və innovasiya texnologiyaları - təbiətə ekoloji təsiri azaltmağın yollarından biridir. Belə ki, BASF-ın məhsulları istixana qazlarının buraxılmasını, onun istehsalı zamanı ümumi buraxılma həcmi ilə müqayisədə 3 dəfə azaltmağa imkan verir.

Hər şeyi bilmək istəyən uşaqlar xüsusi diqqətlə bu kiçik "mühazirə"yə qulaq asıblar, suallar veriblər, təcrübələrdə fəal iştirak ediblər. Tədbirin sonunda təbiətin hər bir kiçik müdafiəçisi boya və karandaşlar olan hədiyyə dəsti alıb. Şirniyyat süfrəsi arxasında gənc kimyaçılar sevinclə əldə etdikləri təəssüratları bölüşürdülər və növbəti görüşdə təbiətin qayğısına necə qalacaqları barədə artıq öz rəngli şəkillərini təqdim etməyə söz verdilər.

Tədbirin keçirilməsində həmçinin "Bizim istedadlar-bizim gələcəyimizdir" təşkilatının nümayəndəsi Karl Lauer, Sumqayıt şəhərinin Təhsil Şöbəsinin nümayəndəsi Vidadi Bağırov da fəal iştirak edib.

Yaxın gələcəkdə bənzər təlim tədbirləri Azərbaycan Respublikasının digər uşaq təhsili müəssisələrində də keçiriləcək. 

BASF Kaspian YKS MMC, BASF SE şirkətinin 100%-li törəmə müəssisəsidir və BASF Şirkətlər Qrupuna daxildir. BASF Kaspian Azərbaycan Respublikasında iş fəaliyyətini həyata keçirməklə, ölkənin sənaye və tikinti sahələrini qabaqcıl alman texnologiyası ilə istehsal olunmuş yüksək keyfiyyətli materiallarla təmin edir.

BASF Kaspian YKS MMC tikinti sahəsində fəaliyyət göstərən sifarişçilər üçün kimyəvi reseptlərin və kompozisiyaların aparıcı təchizatçısıdır. İstehsal olunan kimyəvi əlavələr, daimi innovasiya və fərdi qərarlar sayəsində, hazır beton qatqıları, yığma betonların istehsalı ilə məşğul olan şirkətlərin uğurlu biznesinə imkan yaradır.

2006-cı ildən etibarən Sumqayıt şəhərində tikinti materialları istehsal edən zavod fəaliyyətə başlayıb. Konsernin məhsulları arasında - beton əlavələri, keramika, qranit və mərmər üçün yapışqan, betonun təmiri üzrə materiallar, hidroizolyasiya sistemləri, dam və döşəmə üçün poliuretan örtüklər və digər kimyəvi məhsullar var.

Konsernin təkliflər portfeli neft və təbii qazdan, eləcə də kimyəvi maddələrdən, plasmaslardan, xüsusi kimyəvi maddələrdən, kənd təsərrüffatı üçün nəzərdə tutulmuş məhsullardan və zərif kimyə məhsullarından ibarətdir. BASF etibarlı tərəfdaş olub, ən müxtəlif sahələrdə fəaliyyətini həyata keçirən şirkətlərin nailiyyətlərinin həyata keçməsinə yardım göstərir. BASF konserni tərəfindən təklif olunan yüksək keyfiyyətli məhsullar və "düşünülmüş" sistemli layihələr iqlimin mühafizəsi, enerjidən effektiv şəkildə istifadə, qida məhsullarının istehsalı və ünsiyyət kimi qlobal tapşırıqların həllində vacib rol oynayır. 2008 ildə konsernin həyata keçirdiyi satışın həcmi 62 mlrd. yevrodan artıq olub, BASF əməkdaşlarının ümumi sayı isə (2008 ilin sonuna aidiyyatı olan məlumatlara əsasən) təxminən 97 min nəfər təşkil edib. BASF səhmləri Frankfurtun (BAS), Londonun (BFA) və Surixin (AN) fond birjalarında satılır və alınır. BASF konserni haqqında daha ətraflı informasiya www.basf.com ünvanında internet şəbəkədə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti