Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ü.İsmayılova/
Qeyri-neft sektorunun inkişafına və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönəldilmiş dövlət proqramlarının yerinə yetrirlməsi, eləcə də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşması ölkə iqtisadiyyatının bütün sahələrində ardıcıl və dinamik inkişafa nail olmağa imkan verib. Bu barədə cümə axşamı iqtisadi inkişaf nazirini müavini Niyazi Səfərov "Azərbaycanda sahibkarlığın inkişafı və biznes-təhsilin təkmilləşdirilməsi" adlı seminarın gedişində deyib.
"2010-cu ilin birinci rübündə uğurlu sosial-iqtisadi inkişaf strategiyasının davam etdirilməsi nəticəsində ÜDM-in səviyyəsi 5,4 faizədək, adambaşına ÜDM 4,2 faiz, qeyri-neft sektoru isə 4,3 faiz artıb", - Səfəfrov deyib.
Seminarda İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturları, Dövlət İqtisad Universitetinin Bakıda fəaliyyət göstərən əməkdaşları və müəllimləri də iştirak ediblər.