...

Azərbaycan Parlamenti dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 14:33 (UTC +04:00)
Azərbaycan Parlamenti cümə günü 98 səs "lehinə" və 5 səs "əleyhinə" olmaqla, ölkənin 2010-cu il dövlət büdcəsinə düzəlişləri qəbul edib.
Azərbaycan Parlamenti dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Bakı, Azərbaycan, 18 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti cümə günü 98 səs "lehinə" və 5 səs "əleyhinə" olmaqla, ölkənin 2010-cu il dövlət büdcəsinə düzəlişləri qəbul edib. Düzəlişlər nəticəsində, büdcənin kəsri 1,249 milyondan 770,3 milyon  manatadək azalıb. Bununla da dövlət büdcəsinin ÜDM-dəki kəsri 3,9 faizdən 2,3 faizədək azalıb. Düzəlışlərə əsasən, büdcənin gəlirləri 1,49 mlrd manat artaraq, 11,505 mlrd manata çatıb. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, büdcə xərcləri 1,12 mlrd manat artaraq, 12,275 mlrd manata çatıb.

"Büdcənin xərclər hissəsinin artımına Kür və Araz çaylarında baş verən daşqınların nəticələrinin aradan qaldırılması təsir edib", - Şərifov bildirib.

Düzəlişlər nəticəsində, neftin büdcə qiyməti 1 barel üçün 45 dollardan 60 dollaradək artırılıb.

Parlamentin iqtisadi siyasət üzrə komitəsinin rəhbəri Ziyad Səmədzadənin sözlərinə görə, büdcəyə düzəlişlərin edilməsinə səbəb neft qiymətlərinin dəyişməsi olub. "İlk 4 ayın göstəricilərinə əsasən, neftin orta qiyməti bir barel üçün 75,5 dollar təşkil edib. İlin sonunadək onun, təxminən, 65-70 dollar səviyyəsində olacağı proqnozlaşdırılır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti