...

Dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün hər il 83 milyard dollar tələb olunur – IFAD prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 13:03 (UTC +04:00)
Dünyada ərzaq məhsullarının çatışmazlığı probleminin həlli üçün hər il kənd təsərrüfatının investisiyalaşdırılmasına 83 milyard dollar tələb olunur. Bu barədə Kənd Təsərrüfatının İnkişafı Üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nvanze (Kanayo F. Nwanze) Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik iclası çərçivəsində keçirilən ərzaq təhlükəsizliyi üzrə 21-ci illik simpoziumda deyib.
Dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün hər il 83 milyard dollar tələb olunur – IFAD prezidenti

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.Xəlilova/

Dünyada ərzaq məhsullarının çatışmazlığı probleminin həlli üçün hər il kənd təsərrüfatının investisiyalaşdırılmasına 83 milyard dollar tələb olunur. Bu barədə Kənd Təsərrüfatının İnkişafı Üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nvanze (Kanayo F. Nwanze) Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik iclası çərçivəsində keçirilən ərzaq təhlükəsizliyi üzrə 21-ci illik simpoziumda deyib.

"Bu o deməkdir ki, biz hazırda öz investisiyalarımızı 50 faiz artırmalıyıq", - fondun prezidenti bildirib. - "Düşünürəm, hazırda hər bir ölkə kənd təsərrüfatında investisiyalar üzrə təxsisatları milli büdcənin 10 faizinədək artıra bilər ".

O deyib ki, bu, imkan daxilində olan məqsəddir və bütün ölkələri bunu nəzərə almağa çağırıb.

IFAD digər tərəfdaşları ilə birgə öz şəxsi nümunəsində göstərir ki, inkişaf etməkdə olan ölkələrdə investisiyalar elə strukturlaşdırılıb ki, onlar mövcud kommersiya modellərinə önəmli alternativ təqdim edə bilərlər.

"Biz xırda fermerlərin hüquqlarını müdafiə edirik və investisiya qoyan iri müəssisələri gəlirlə təmin edirik", - Nvanze deyib. - "Belə olan halda, maliyyə resursları əhalinin yoxsul təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir".

Onun sözlərinə görə, bu gün kənd yerlərində yoxsulluğun səviyyəsinin azaldılması üçün tarixi imkan ələ düşüb.

"Kənd təsərrüfatı ölkə ÜDM-in inkişafı və artımında, eləcə də xalq təsərrüfatının iqtisadi sektorlarının artımında önəmli rol oynayır", - fondun prezidenti bildirib. - "Kənd təsərrüfatının tərəqqisi üçün inkişaf etmiş infrastrukturun - yolların, su təchizatının, elektrik təchizatının, bazarlara çıxışın olması vacibdir".

Kənd təsərrüfatında əlavə sahələrin inkişafı məşğulluq problemini həll etməyə kömək edir. Əks halda, əhali şəhərlərə köçməyə məcbur olur.

Dünyada iki milyarddan artıq adam kənd yerlərində yaşayır.

Xəbər lenti

Xəbər lenti