...

Azərbaycanda 3,4 ton keyfiyyətsiz dondurma məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2010 15:41 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan "Bakılı qız", "Oskar", "Joker", "Don Maximus", "Iceland", "Çiyələkli" adlı 3,4 ton dondurmanın məhv edilməsi barədə "Camal" LTD şirkətinə göstəriş verilib.
Azərbaycanda 3,4 ton keyfiyyətsiz dondurma məhv edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan "Bakılı qız", "Oskar", "Joker", "Don Maximus", "Iceland", "Çiyələkli" adlı 3,4 ton dondurmanın məhv edilməsi barədə "Camal" LTD şirkətinə göstəriş verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən "Camal" LTD şirkəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlə bağlı araşdırmaları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti